“SİMA İmza” vasitəsilə xidmətlərini rəqəmsallaşdıran növbəti qurum “Portmanat” elektron pulqabı olub.
Fins.az xəbər verir ki, artıq “Portmanat” elektron pulqabının internet saytında və mobil tətbiqində istifadəçilər kimliyini “SİMA İmza” vasitəsilə eyniləşdirə bilərlər. Belə ki, saytda və tətbiqdə qeydiyyatdan keçmiş istifadəçilər “Limitlər və imkanlar” bölməsinə daxil olub limit artırılması prosesini “SİMA İmza” sayəsində anında reallaşdıra bilərlər.
Qeyd edək ki, buna qədər müştərilər limit artımı üçün müraciət göndərməli, azı 1 iş günü gözləməli idi. Prosesi səhv icra etdikdə təsdiqlənmə müddəti daha da uzanır, nəticədə eyniləşdirmə əməliyyatı zaman alırdı. “SİMA İmza” sayəsində isə müştərilər 1 dəqiqədən daha az müddətdə kimliyini təsdiqlədə bilirlər.