BİZNES

12 Mart

BSC Consulting rəsmilərlə qeyri-rəsmi! 

BSC Consulting-in nümayəndələri müştərilərini səhər yeməyi ətrafında topladı.
Müştəriləri daha yaxından tanımağa səbəb olan bu təşəbbüslər, həmçinin, işgüzar əlaqələrin genişlənməsinə böyük fayda göstərir, davamlı əlaqələrin inkişafına da şərait yaradır.

Dəvətli qonaqlar isə ölkə biznesində müşahidə etdikləri məqamlar, qarşılıqlı əməkdaşlıq perspektivləri haqqında öz dəyərli fikirlərini paylaşaraq bir-birilərini daha yaxından tanıdılar.
Uğurlu baş tutan, netvörkinq məqsədli səhər yeməkləri “BSC Consulting” üçün ənənəvi hal alacaq.

BSC Consulting 25 ildən çoxdur ki, peşəkar komandası ilə birgə bilik və xidmətlərini müştərilərinə təqdim edir. Maliyyə və mühasibatlıq, hüquq və insan resursları xidmətləri ilə bu günə qədər 100-lərlə şirkətin uğurlarında töhfəsi olmuşdur.