Bakıda Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Qazaxıstanın Xarici Ticarət Palatasının birgə təşkilatçılığı ilə Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının II iclası keçirilib.
Fins.az xəbər verir ki, tədbirdə hər iki ölkədən dövlət rəsmiləri ilə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tekstil, tikinti, kimya, İKT, logistika, nəqliyyat, turizm və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.
Tədbirdə Azərbaycanla Qazaxıstan arasında yaradılmış İşgüzar Şuranın ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının genişləndirilməsi və biznes dairələri arasında əlaqələrin inkişafına töhfə verəcəyi, iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın genişləndirilməsinə marağın böyük olduğu və bunun üçün böyük potensialın mövcudluğu vurğulayıb, hər iki ölkənin sahibkarlarını fəal əməkdaşlığa dəvət olunub.
Ölkələrimiz arasında işgüzar əlaqələrin möhkəmlənməsində sahibkarların rolunu qeyd edilib, İşgüzar Şuranın Azərbaycan və Qazaxıstan iş adamları arasında birbaşa əlaqələrin genişləndirilməsində, birgə layihələrin reallaşdırılmasında əhəmiyyətini vurğulanıb.
Tədbir çərçivəsində Qazaxıstan Respublikasının “Atameken” Milli Sahibkarlar Palatası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.
Fuad Mədətov
Fins.az