Qazaxıstan və Azərbaycan birgə iri layihələri inkişaf etdirir.
Fins.az xəbər verir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda keçirilən Qazaxıstan-Azərbaycan İşgüzar Şurasının 2-ci iclasında deyib.
Onun sözlərinə görə, ölkələr arasında əmtəə dövriyyəsi ötən il 530 milyon ABŞ dolları dəyərində olub:
"Bu rekorddur. Lakin daha böyük potensial var".
Fuad Mədətov
Fins.az