13 mart 2024-cü il tarixində “Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun həmtəsisçisi və prezidenti, “Mələk İnvestorlar Məktəbi”nin təsisçisi, "Golden Pay" ödəniş sisteminin və ilk onlayn ödəniş portalı olan "hesab.az"ın yaradıcısı Fərid İsmayılzadə tərəfindən “Startap investisiyası sahəsində A-dan Z-yə” adlı vebinar keçiriləcək.
Vebinarda startap investisiya sahəsində sizi maraqlandıran gəlirimizi necə artıraq, mələk investor kimdir, mələk investor olmaq üçün nə etmək lazımdır, startap investisiya sahəsində uğur qazanmış xarici ekspertlərin təcrübəsini necə əldə etmək olar, Azərbaycanda bu sahədə necə irəliləmək olar kimi mövzular barədə ətraflı məlumat veriləcək.
Tədbirin əsas məqsədi ölkədə yerli investorları bir araya gətirərək investorlar şəbəkəsini formalaşdırmaq və eyni zamanda onların global startaplara investisiya qoymaqla Azərbaycanda startap ekosisteminin inkişafına töhfə verməkdir.
Vebinar iştirakçıları may ayında ABŞ-dən olan ekspertlər tərəfindən keçiriləcək ‘Mələk İnvestorlar Məktəbi”nin ikinci kohortuna qoşulmaq üçün xüsusi endirim əldə edəcəklər.
Vebinarda iştirak etmək üçün 10 AZN ödəməklə //www.hesab.az/unregistered/#/direct-pay/direct-pay/Technovatewebinar-newquick/parameters link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz.
Qeyd edək ki, əldə olunan gəlirlər şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin təminatı üçün YAŞAT Fonduna ianə ediləcək.