BİZNES

07 Mart

COP29-la bağlı Dünya Bankı ilə əməkdaşlıq imkanları müzakirə olundu

Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə regional vitse-prezidenti Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli əməkdaşlığın prioritetlərini nəzərdən keçirdik.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində paylaşım edib.

Qeyd edilib ki, DB tərəfindən hazırlanan Ölkə Tərəfdaşlıq Çərçivəsi üzrə investisiya layihələri və COP29 tədbiri üzrə Bankla əməkdaşlıq imkanları müzakirə edilib.

Fuad Mədətov
Fins.az