BİZNES

06 Mart

Starbucks-ın operatoru Alshaya Group-dan ixtisar planı

"Son 6 ayda getdikcə çətinləşən ticarət şərtləri nəticəsində biz Starbucks Yaxın Şərq və Şimali Afrika mağazalarımızda işçilərin sayını azaltmaq üçün təəssüf doğuran və çox çətin qərar qəbul etdik", - Alshaya Qrupunun açıqlamasında deyilir.

Fins.az xəbər verir ki, açıqlamada qrupun 25 ildən artıqdır ki, Starbucks-ın bölgədəki lisenziyalı ortağı olduğu, işdən çıxarılan işçilərə və onların ailələrinə lazım olan dəstəyin veriləcəyi bildirilib.

Seattleda yerləşən Starbucks qəhvə şəbəkəsinin 11 Yaxın Şərq və Şimali Afrika ölkəsində 1900-dən çox mağazası var və 19 mindən çox işçisi var.

Günel Məlikzadə
Fins.az