BİZNES

05 Mart

Müdafiə Sənayesi Nazirliyi “DİMDEX-2024” Beynəlxalq Sərgi və Konfransında iştirak edir

Martın 4-ü Qətər Dövlətinin Doha şəhərində təşkil edilən “DİMDEX-2024” 8-ci Dəniz Müdafiəsi üzrə Beynəlxalq Sərgi və Konfransı öz işinə başlayıb.

Fins.az xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimovun başçılıq etdiyi mümayəndə heyəti iştirak edib.

Tədbir çərçivəsində H.Əzimov Qətər Dövlətinin Baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd Əl Attiyyah ilə görüşüb.

Görüşdə iki ölkə arasında müdafiə sənayesi sahəsində birgə əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Daha sonra H.Əzimov Türkiyə Respublikası Müdafiə Sənayesi Komitəsinin rəhbəri Haluk Görgün, həmçinin “Makina ve Kimya Endüstri” və “Repkon” şirkətlərinin rəhbərliyi ilə görüşüb.

Görüşlər zamanı müdafiə sənayesi sahəsində mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, rabitə vasitələri, dalğıc avadanlıqları, helikopterlər, sahil patrul təyyarələri, raketlər və idarəetmə, həmçinin naviqasiya sistemləri, təhlükəsizlik avadanlıqları, simulyatorlar, sualtı qayıqlar, torpedalar, pilotsuz uçuş aparatları və digər müdafiə təyinatlı məmulatların nümayiş etdirildiyi “DİMDEX-2024” sərgisi martın 6-dək davam edəcək.

Fuad Mədətov
Fins.az