Şirkətdən verilən açıqlamada bildirilib ki, “Saudi Cable”ın İdarə Heyəti Türkiyədəki investisiyalarından satış yolu ilə və ya “Türkiyə qanunlarının icazə verdiyi başqa bir yolla” çıxmaq qərarına gəlib.
Fins.az Bloomberg-ə istinadən bildirir ki, aktivlər son illərdə istənilən gəliri təmin edə bilməyib və itki verməkdə davam edib. Açıqlamada maliyyə təsirinin çıxış başa çatdıqdan sonra baş verəcəyi bildirilib.
Kabel istehsalı sahəsində fəaliyyət göstərən şirkət oktyabr ayında Kocaelidəki fabrikində bütün istehsalı dayandırıb. Zavodda 200-dən çox işçi çalışırdı.
Şirkətin təhvil aldığı Elimsan 1980-ci ildə orta gərginlikli paylayıcı qurğuların istehsalı üçün yaradılmışdır.
Baş ofisi Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən və dünyanın orta və yüksək gərginlikli kabel istehsalçılarından biri olan “Saudi Cable Group” 2008-ci ildə Elimsan-ın səhmlərini ələ keçirib.
Günel Məlikzadə
Fins.az