Rusiya ötən həftə Azərbaycandan 2,7 milyon ədəd, Türkiyədən isə 633,6 min yumurta idxal edib.
Fins.az bu barədə xarici mətbuata istinadən xəbər verir ki, bununla da iki ölkədən yumurta idxalının ümumi həcmi 28,5 milyon ədədə çatıb.
Rusiya Azərbaycandan bu məhsulun idxalına noyabrda qərar verib və ilk tədarük dekabrın ikinci yarısında olub.
Rusiyanın Nazirlər Kabineti yanvarın 1-dən iyunun 30-na qədər 1,2 milyard yumurtanın rüsumsuz idxalına icazə verib.
Fuad Mədətov
Fins.az