BİZNES

01 Mart

“TYÖ Yatırım” şirkətinin təsisçisi ilə görüş keçirilib

İqtisadiyyat Nazirliyində Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi ilə görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsi müzakirə edilib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin “TYÖ Yatırım” şirkətinin təsisçisi Yasin Öztürklə görüşüb.

Azərbaycan və qardaş Türkiyə arasında iqtisadi münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Qarşılıqlı etimada əsaslanan əlaqələrin biznes nümayəndələrini əməkdaşlığın inkişafına həvəsləndirdiyi və özəl sektor tərəfindən icra edilən birgə layihələrin hər iki ölkənin iqtisadiyyatının inkişafında mühüm rola malik olduğu qeyd edilib. Ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, sənaye zonaları, azad edilmiş ərazilərimizdə investorlar üçün nəzərdə tutulmuş güzəştlər və imkanlar barədə məlumat verilib. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizdə Türkiyə şirkətlərinin aktiv fəaliyyət göstərməsindən məmnunluq ifadə olunub.

Görüşdə ölkəmizdə natrium sianid istehsalı layihəsi müzakirə edilib. Dağ-mədən sənayesində mühüm xammal sayılan natrium sianidin ölkəmizdə istehsalı üçün mövcud resurslar və layihənin perspektivləri nəzərdən keçirilib.

Fuad Mədətov
Fins.az