BİZNES

01 Mart

Azərbaycanda “Dövlət Borcu üzrə Statistik Bülleten”in dərc edilməsinə başlanılıb

Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi “Dövlət Borcu üzrə Statistik Bülleten” hazırlayaraq dərc etməyə başlayıb.

Fins.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, sənəd dövlət borcu sahəsində şəffaflığın təmin edilməsi, dövlət borcu ilə bağlı ictimaiyyətə açıqlanan informasiya dairəsinin genişləndirilməsi və bu sahə üzrə məlumatlara əlçatanlığın təmin edilməsi məqsədilə ildə iki dəfə dərc olunacaq. Bülleten hazırlanarkən bu sahədə digər ölkələrin qabaqcıl təcrübələri öyrənilib və beynəlxalq ekspertlərin tövsiyələri nəzərə alınıb.

2023-cü ilin yekunlarına dair hazırlanmış ilk “Dövlət Borcu üzrə Statistik Bülleten” nazirliyinin internet səhifəsində yerləşdirilib.

Fuad Mədətov
Fins.az