2023-cü ilin oktyabrında "Masdar" şirkəti tərəfindən tikilmiş "Qaradağ" günəş elektrik stansiyası istifadəyə verilib və bu stansiyanın işi ildə təqribən 400 min. karbon dioksidin (CO2) atmosferə tullanılmasının qarşısın almağa imkan verəcək.
Fins.az xəbər verir ki, bunu Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin Bərpa olunan enerji mənbələri ərazilərinin inkişafı şöbəsinin müdir müavini Sahib Xəlilov “Caspian Energy Club” tərəfindən təşkil olunan “Yaşıl dünya naminə həmrəylik ili " mövzusunda “Caspian Energy Meet Up” zamanı bildirib.
S.Xəlilov qeyd edib ki, Azərbaycanda atmosferə karbon tullantılarının çoxu əsasən energetika sektoru və nəqliyyatın payına düşür:
“Qeyd olunanların qarşısını almaq üçün və qlobal iqlim dəyişikliklərinin qarşısının alınmasına töhvə vermək məqsədi ilə Azərbaycanda bərpa olunan enerji mənbələri sahəsinin inkişafı istiqamətində müvafiq işlər aparılır. Bu sahədə artıq irimiqyaslı layihələrin həyata keçirilməsinə başlanılıb”.
Fuad Mədətov
Fins.az