Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində 2024-cü ilin 15-17 may tarixlərində keçiriləcək "Russia Halal Expo 2024” sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı 17 şirkət təşkil edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək. Seçim meyarları ilə AZPROMO-nun rəsmi internet səhifəsindən (//u.to/TCxrIA) tanış olmaq olar.