BİZNES

28 Fevral

Bu ilin yanvar ayı ərzində 29.825 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü ilin yanvar ayı ərzində daşınmaz əmlak üzərində 29.825 mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Qurumdan Fins.az-a verilən məlumata görə, bu göstəricinin 4664-ü (15,6%) ilkin, 25.161-i (84,4%) isə təkrar qeydiyyatın payına düşür.

Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakların statistikası

2024-ilin yanvar ayı ərzində fərdi yaşayış və bağ evi üzərində 4.065, mənzil üzərində 6.477, torpaq sahəsi üzərində 18.447, qeyri-yaşayış binası üzərində 247, qeyri-yaşayış sahəsi üzərində 547, əmlak kompleksi üzərində 40, çoxmərtəbəli yaşayış binası üzərində isə 2 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan daşınmaz əmlakların 7.338-i Bakının, qalanı isə bölgələrin payına düşür.

Texniki pasport və ipoteka müqavilələrinin sayı

Bu ilin ilk ayı ərzində 21.567 texniki pasport tərtib edilib. Yanvar ayında 5.823 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Fuad Mədətov
Fins.az