BİZNES

27 Fevral

Orta Dəhliz ilə illik 111 min konteynerə çatdırılması imkanları mövcuddur - Qaydar Abdikerimov

Hazırda Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) üzrə ildə 80 minə yaxın konteyner daşınır, ancaq gələcəkdə bu göstəricinin illik 111 min konteynerə çatdırılması imkanları mövcuddur.

Fins.az xəbər verir ki, bunu "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Assosiasiyası"nın Baş katibi Qaydar Abdikerimov Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin rəqəmsallaşdırılması bu marşrutun gələcək inkişafına və genişlənməsinə töhfə verən mühüm aspektdir:

"Bu amil nəzərə alınaraq rəqəmsallaşma məsələsinə xüsusi diqqət yetirilir. Orta Dəhlizi daim böyüyən və inkişaf edən canlı orqanizm hesab etmək olar. O, inkişaf dinamikasında qalmağa davam edir ki, bu da beynəlxalq nəqliyyat marşrutunun uğurundan xəbər verir”.