2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə vətəndaş və vergi ödəyicilərindən ümumilikdə 337 min müraciət daxil olub.
Fins.az bu barədə quruma istinadən xəbər verir.
Məlumata görə, bu müraciətlərdən 93,1%-i ərizə, 6,8%-i şikayət, 0,1%-i isə təklif olub.
Hesabat dövründə şikayətlərin ümumi müraciətlərdə çəkisi 6,8% təşkil edib. 2022-ci illə müqayisədə şikayətlərin sayı 12 % azalıb.
Fuad Mədətov
Fins.az