BİZNES

22 Fevral

4SİM Azərbaycanı “Global Collaboration Village” platformasında təmsil edir

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dünya İqtisadi Forumunun (DİF) “Global Collaboration Village” platformasının nümayəndələri arasında görüş keçirilib.

Mərkəzin məlumatına görə, görüşdə Azərbaycanın müvafiq dövlət və özəl sektorlarının iştirakı ilə fərqli sahələrdə (enerji, ətraf mühitin mühafizəsi, sənaye və s.) beynəlxalq səviyyədə virtual tədbirlərin təşkili, uğurlu təcrübələrin paylaşılması, eyni zamanda DİF-in Dördüncü Sənaye İnqilabı Mərkəzləri ilə birgə əməkdaşlığın gücləndirilməsi məqsədilə virtual görüşlərin təşkili kimi məsələlər müzakirə olunub.

“Global Collaboration Village” virtual reallıq vasitəsilə real dünya problemlərini həll etmək üçün liderləri bir araya gətirən, gələcək nəsil texnologiya ilə təchiz edilmiş məqsədyönlü platformadır. “Village Accenture” və “Microsoft” ilə birgə DİF-in təşəbbüsüdür. 142-dən çox şirkət hazırda bu platforma ilə partnyorluq edir.