BİZNES

22 Fevral

“Azərpoçt”un PostCargo xidməti ABŞ-dən onlayn sifarişlərin çatdırılmasına başlayıb

Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən “Azərpoçt”un PostCargo xidməti Amerikadan onlayn sifarişlərin çatdırılmasına başlayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Fins.az-a verilən məlumata görə, indi müştərilər ABŞ-də fəaliyyət göstərən ən məşhur onlayn alış-veriş platformalarından istədikləri əşyaların alışını edə və ölkəyə PostCargo vasitəsilə çatdırılmasına nail ola bilərlər.

ABŞ – Azərbaycan üzrə daşımaların tarifi minimal həddə müəyyən olunub ki, bu da digərləri ilə müqayisədə olduqca sərfəli hesab olunur.

Qeyd edək ki, ABŞ-dən Azərbaycana PostCargo vasitəsilə malların qısa müddətdə gətirilməsi üçün operativ şəkildə uçuşlar təmin olunur.

PostCargo xidmətindən faydalanmaq üçün istifadəçilər www.postcargo.az saytında qeydiyyatdan keçə, eləcə də PostCargoya aid mobil tətbiqi “App Store” və “Play Market”dən yükləyə bilərlər.

Onu da qeyd edək ki, bu günə qədər Türkiyədən onlayn sifarişlərin çatdırılmasını həyata keçirən PostCargo xidmətinin fəaliyyəti keyfiyyət və istifadəçi məmnuniyyəti baxımından uğurlu olub. Müştərilərini müxtəlif kampaniya və yeniliklərlə sevindirən PostCargo yaxın zamanda Avropadan da onlayn sifarişlərin daşınmasını icra edəcək.

Fuad Mədətov
Fins.az