BİZNES

21 Fevral

Əhali xərclədiyi vəsaitin təxminən 50 %-i ərzaq məhsullarının alınmasına sərf olunub

2024-cü ilin yanvar ayında Azərbaycanda alıcıların pərakəndə ticarət şəbəkəsində vəsaitlərini əsasən hansı malların alınmasına sərf etdiyi açıqlanıb.

Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, əhali aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 5,0 faizi içkilər və tütün məmulatlarının, 14,3 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,0 faizi avtomobil benzini və dizel yanacağının, 4,6 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Ümumilikdə qeyd olunan müddət ərzində pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4,5 milyard manatlıq, o cümlədən 2,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 2,0 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Fuad Mədətov
Fins.az