Qazaxıstan Parlamenti Məclisi Türkiyə ilə hökumətlərarası Sazişi ratifikasiya edib.
Fins.az xəbər verir ki, 10 may 2022-ci il tarixində Ankarada imzalanan sazişin məqsədi ölkələr arasında tranzit-nəqliyyat potensialının və ticari-iqtisadi münasibətlərin gələcək inkişafından ibarətdir.
Saziş Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitəsilə ("Bakı - Tbilisi - Qars", Xəzər dənizinin limanları və "Qərbi Avropa - Qərbi Çin" beynəlxalq dəhlizindən istifadə etməklə) yük axınının artırılmasına və müvafiq olaraq Qazaxıstan və Türkiyə arasında əmtəə dövriyyəsini artırmağa yönəlib.
Sazişin ratifikasiyası yüklərin keçmə müddətini 5 günədək azaldacaq. 2022-ci ildə marşrutla yüklərin keçmə müddəti 13-15 gün çəkirdi.
Dəmir yolu və dəniz yolu ilə kombinə olunmuş daşınmalar zamanı iki əmtəə-nəqliyyat qaiməsi əvəzinə rəqəmsal platforma üzərindən rəsmiləşən vahid rəqəmsal sənəd tətbiq olunur.