2023-cü ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dövlət satınalmaları sahəsində gördüyü maarifləndirmə və nəzarət tədbirləri nəticəsində 742,4 milyon manat büdcə vəsaitinə qənaət edilib.
Fins.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2022-ci illə müqayisədə 17 % çoxdur.
Ötən il qənaət edilmiş vəsaitin 79 %-i və yaxud 586,6 milyon manatı açıq tenderlərin, 19,5 %-i və yaxud 145 milyon manatı təkliflər sorğusunun, 1,5 %-i və yaxud 10,8 milyon manatı isə kotirovka sorğusunun payına düşüb. Bunlar da əvvəlki ilə nisbətən müvafiq olaraq 12,6 % çox, 41,2 % çox və 0,9 % azdır.
Fuad Mədətov
Fins.az