ABŞ-ın ən böyük pərakəndə satış şəbəkələrindən biri olan Walmart-ın gəlirləri son üç ayda artarkən, Home Depot-un satışları ötən ilin son rübündə azalıb. Walmart, həmçinin ABŞ-da yerləşən televiziya istehsalçısı Vizio-nu 2,3
Walmart və Home Depot balans hesabatlarını açıqladı.
Fins.az xəbər verir ki, 31 Yanvarda sona çatan 3 aylıq dövrü öz balansında dördüncü rüb olaraq qiymətləndirən Walmartın maliyyə nəticələrinə görə, şirkətin gəliri sözügedən dövrdə illik 5,7% artaraq 173,4 milyard dollara çatıb.
Bu müddət ərzində şirkətin qlobal e-ticarət satışları 23 faiz artaraq 100 milyard dolları keçib.
Walmart-ın xalis mənfəəti eyni dövrdə 12,4 faiz azalaraq 5,5 milyard dollar olub.
Günel Məlikzadə
Fins.az