İnvestorlar dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı daha bir imkandan yararlanıblar. Təşkil edilən hərracda 1 kiçik dövlət müəssəsi və 14 nəqliyyat vasitəsi özəlləşdirilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən fevralın 20-də hərrac keçirilib.
Qurumdan Fins.az-a verilən məlumata görə, hərracda “Balaxanı Metal Konstruksiyaları” Məhdud Məsuliyyətli Cəmiyyəti 3.537.500 manata özəlləşdirilib. Müəssisənin ümumi faydalı sahəsi 4774,3 kvadratmetr, torpaq sahəsi isə 16507 kvadratmetrdir.
Nəqliyyat vasitələri üzrə keçirilən hərrac rəqabətli olub. Belə ki, ilkin qiyməti 3500 manat olan VAZ 21214 markalı avtomobil 5100 manata satılıb.
Hərracda özəlləşdirilən əmlakların siyahısı ilə //clck.ru/38vunv linki vasitəsilə tanış olmaq mümkündür.
Fuad Mədətov
Fins.az