"Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin "Gürok Group" şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə Azərbaycanda şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının araşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb.
Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
"Dünyanın 5-ci böyük şüşə məmulatları istehsalçısı olan "Gürok Group" şüşə tara, kirəmit, sənaye avadanlığı istehsalı, inşaat və #turizm kimi müxtəlif sahələrdə fəaliyyət göstərir", - nazir qeyd edib.
Fuad Mədətov
Fins.az
"Azərbaycan İnvestisiya Şirkəti" ASC (@AIC_OJSC) və Türkiyənin "Gürok Group" (@GurokGrup) şirkətlər qrupu arasında ölkəmizdə və xaricdə qida və içki istehsalçılarının tələbatını qarşılamaq məqsədilə #Azərbaycan-da şüşə taraların istehsalı zavodunun tikilməsi imkanlarının… pic.twitter.com/vlwIbPRcqj
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 20, 2024