BİZNES

20 Fevral

Xaricdən idxal olunan tibbi labaratoriya cihazlarının dəyişən QİYMƏTLƏRİ – Orxan Məlikov

“UnoLab” şirkətinin rəhbəri Orxan Məlikovun Fins.az-a müsahibəsi.

- Şirkətin əsas iş prinsipi nədən ibarətdir?

- Şirkətimiz 2014-cü ildən fəaliyyətə başlayıb. Artıq 10 ildir bazardayıq. Əsas istiqamətimiz tibbi labaratoriyaların həm satışı, həm də servis xidmətini həyata keçirməkdir. Açığı deyim ki, bu sahə bilik tələb edir. Belə ki, bu sahədə çalışan həkim köməkçisi müəyyən biliklərə yiyələnməlidir. Biz də bu istiqamətdə ona təlim keçə bilirik və bunu həyata keçirəcək imkanımız var.

- Nəzərə alsaq ki, ölkədə həm özəl, həm də dövlət klinikaları fəaliyyət göstərir və bunların hər birinin özünə məxsəsus labaratoriyaları var. Onların avadanlıqları da ya xaricdən gətirilir, ya da sizin kimi şirkətlərdən əldə olunur. Maraqlıdır, Azərbaycanda tibbi laboratoriya bazarı necə dəyərləndirisiniz və hansı səviyyədədir?

- İcbarı tibbi sığorta sistemi başlayandan sonra bir çox tibb müəssələrinin labaratoriyaları daha keyfiyyətli avadanlıqlarla təchiz olundu. Düzdür, yüksək səviyyədə deyil, amma nisbətən yaxşıdır. Həm də avadanlıqların sayında artım var. Elə analiz var ki, onun avadanlığı hər tibb mərkəzində olmur. Sığortanın tətbiq olunması işçi qüvvəsinin də sayının artmasına səbəb oldu. Zamanla daha da artır. Ümumiyyətlə, hazırda tibbi laboratoriya bazarını qənaətbəxş hesab edirəm.

- Bu sahədə təlabat hansı səviyyədədir?

- Azərbaycana idxal olunan cihazlar keyfiyyət baxımından çox yaxşıdır. Qiymətləri isə 50-60 min avro arasında dəyişir. Amma bir məsələ var ki, yeni nəsil cihazları bilən çox az sayda kadr var. Bu, həkimlərin günahı deyil, çünki əvvəllər çox sadə analizlər olurdu. Birdən-birə yeni aparatların gəlməsi çaşqınlıq yaratdı. Kadrların yenidən təliminə ehtiyac var. Ona görə də bu kimi amillər təlabata təsir edir.

- Məhsullarınızı satdığınız klinikalara hansı tapşırıqlar və yaxud təlimatlar verirsiniz?

- Ümumiyyətlə, bizim servis əməkdaşlarımız var. Düzdür, sayı azdır, bu da zamanla həll olunan məsələdir. Bu məsələdə Türkiyəni misal göstərmək istərdim: Orada çox yaxşı inkişaf səviyyəsi var ki, bu da büdcədə də öz sözünü deyir.

- Ölkə üzrə şirkətin rəqabət gücünü qənaətbəxş hesab etmək olarmı?

- Şikətin rəqabət gücü həm məhsuldan, həm də servisdən asılıdır. Bir şirkət var, servis xidməti çox aşağı səviyyədədir. Yaxın zamanlarda Naxçıvanda oldum. Orada bir sıra dövlət müəssisələrini gəzdim. Onlar da bu şirkətlə əməkdaşlıq edir və bu şirkətdən başqa, tenderdə qalib gələb yoxdur. Heç bir servis xidməti də göstərilmir. Sadəcə olaraq, cihazı satırlar. Amma bizim əməkdaşımız hətta rayonlara da gedir. 20 il əvvəl şərait yaradılsaydı, indi bizim şirkət ən güclü olardı.

- Beynəlxalq münasibətlər baxımından xarici şirkətlərin hansı ilə əlaqəniz var?

- Bizim Türkiyə, Gürcüstan və Özbəkistan bazarı ilə əlaqəmiz var. İnvestisiya baxımından Özbəkistan daha çox dəyişkəndir. Çünki Özbəkistanda qanunlar çox tez-tez dəyişir. Amma bu baxımdan Azərbaycan daha üstündür.

- Xarici şirkətlər müraciət edəndə investisiyanı ən çox Azərbaycana, yoxsa sizin vasitənizlə öz ölkələrinə yatırmaq istəyirlər?

- İnvestisiya baxımından ən çox Türkiyə və Çindən müraciət edənlər olur. Onlar da Azərbaycana yatırım etmək istəyir.

Bizim komandamız var, bu işi bilirik, bazarı tanıyırıq. Burada insan faktoru var. Həkimlərin imzası ilə avadanlıqlarla insanın qanında olan analizlərə cavab veririk.

Bizim sahə yüksək texnologiyanın istehsalı ilə bağlıdır. Çin ötən ilə baxdıqda çox inkişaf edib. Əsas məhsullarımız Avropa istehsalıdır, qalanı isə Çinə məxsusdur. Sərfiyyət baxımından Çin istehsalı olan məhsullar daha yaxşıdır. Hətta Özbəkistanda da elədir.

- Bildiyimiz kimi, işğaldan azad olunan ərazilərdə quruculuq işləri gedir. Maraqlıdır, orada klinikalarla bağlı tələb və təklif varmı?

- Bizim sektor belədir ki, həmin tibb müəssisələrində qurulun avadanlıqlar bir neçə şirkətə həvalə olunub. Amma bazar böyük olduğuna görə bizə müraciətlər olur. Məhsulların böyük bir hissəsi bizdən alınır.

- Keyfiyyət göstəriciləri hansı kriteriyalara bölünür və bunu necə dəyərləndirirsiniz?

- Hər məhsulu idxal edəndə rəy alırıq. Bu da keyfiyyət göstəricilərindən asılıdır. Misal üçün, Cənubi Koreyanın və Çinin keyfiyyət göstərcisi var. Belə ki, hər bir cihazın özünə məxsus kontrol göstəriciləri təyin olunub. Onlar test edilir, daha sonra xəstəyə dioqnoz qoyulur.

- Şirkətiniz 2023-cü ildən artım və ya azalma ilə başa vuruldu?

- Ötən illərə nisbətən 15-22 % artım müşahidə olunur.

Fuad Mədətov
Fins.az