"Qreys.A." MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib.
Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
"Şirkət tərəfindən Sənaye Parkının ərazisində sement və beton qatqıların istehsalı müəssisəsi yaradılacaq. İnvestisiya dəyəri 6,5 milyon manat olan müəssisədə 35 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə tutulur", - nazir qeyd edib.
Fuad Mədətov
Fins.az
"Qreys.A." MMC-yə Ağdam #SənayeParkı-nın rezidenti statusu verilib. Şirkət tərəfindən Sənaye Parkının ərazisində sement və beton qatqıların istehsalı müəssisəsi yaradılacaq. #İnvestisiya dəyəri 6,5 milyon ₼ olan müəssisədə 35 nəfərlik daimi iş yerinin yaradılması nəzərdə… pic.twitter.com/DhJgXoheIF
— Mikayil Jabbarov (@MikayilJabbarov) February 19, 2024