BİZNES

19 Fevral

Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı 45,4 % azalıb

2024-cü ilin yanvar ayında Türkiyənin Azərbaycana hazır geyim məhsulları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 45,4 faiz azalaraq, 4,7 milyon dollara bərabər olub.

Fins.az TurkicWorld-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Məlumata görə, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 19 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin hazır geyim məhsulları ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,2 faiz azalaraq, 19,3 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,5 milyard dollar məbləğində hazır geyim məhsulları ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 14,6 faiz azdır.

Fuad Mədətov
Fins.az