Düşünürəm ki, savadsızlıq böyük bir problemdir. Məlum məsələdir ki, heç kimi incitmək istəmirəm, Avropadan fərqli olaraq bizdə sahibkarlıq məktəbi yoxdur.
Bunu Fins.az-a müsahibəsində “CHANGE Group” şirkətinin rəhbəri Emin Qasımov deyib.
Azərbaycanda sahibkarların daha çox hansı problemlərlə üzləşməsinə aydınlıq gətirən gənc sahibkar bildirib ki, ölkədə sahibkarlıq məktəbi yeni-yeni inkişaf etməyə başlayır:
"KOBİA-nı (Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) misal gətirmək olar. Amma düşünürəm ki, bu, daha azdır və bunu genişləndirmək lazımdır".
Fuad Mədətov
Fins.az