BİZNES

16 Fevral

Qadınlar və gənc sahibkarlara verilmiş güzəştli kreditin məbləği açıqlanıb

Ötən il İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən 290 qadın və 108 gənc sahibkara ümumilikdə 23,5 milyon manat güzəştli kredit verilib.

Fins.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, bu, sahibkarlıq sahəsində çalışan qadınların və gənclərin fəaliyyətinin stimullaşdırılması məqsədilə verilib.

Fuad Mədətov
Fins.az