BİZNES

13 Fevral

Almaniya ilə ticarət dövriyyəsinin həcmi 1,8 milyard dolları üstələyib

2023-cü il ərzində Azərbaycanın Almaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2022-ci ilə nisbətdə 45,4 faiz və ya 569,4 milyon ABŞ dolları artaraq 1,82 milyard dolları üstələyib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalının Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən il Azərbaycandan Almaniyaya 907,9 milyon dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni göstəricisindən 53,5 faiz və ya 316,6 milyon dollar çoxdur.

Almaniyadan Azərbaycana idxal edilən məhsulların dəyəri isə 38,1 faiz və ya 252,8 milyon dollar artaraq 916,4 milyon dollar təşkil edib.

2023-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Almaniya ilə ticarətin payı 3,56 faiz təşkil edib ki, bu da bir il öncəki eyni göstəricini 1,18 faiz bəndi üstələyir.