BİZNES

09 Fevral

Ukrayna və Böyük Britaniya rüsumsuz ticarət rejimini 5 il müddətinə uzadıb

Ukrayna və Böyük Britaniya arasında ikitərəfli ticarətdə idxal rüsumlarının və tarif kvotalarının ləğvi daha 5 il müddətinə uzadılıb. Bu, fevralın 8-də Ukraynanın Baş nazirinin birinci müavini - iqtisadiyyat naziri Yuliya Svyridenko və Böyük Britaniyanın Biznes və Ticarət Departamentinin ticarət siyasəti üzrə dövlət naziri Qreqori Uilyam Hands tərəfindən imzalanmış Sazişdə nəzərdə tutulub. 

Fins.az xəbər verir ki, bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Saziş bütün idxal rüsumlarının, eləcə də ikitərəfli ticarətdə tarif kvotalarının ləğvini nəzərdə tutur. Bu saziş 2029-cu il martın 31-də başa çatacaq beş il müddətində qüvvədə qalacaq. Qeyd edək ki, yumurta və quş əti məhsulları kimi bəzi istisnalar liberallaşdırmanın əlavə iki il müddətinə uzadılmasını və 2026-cı il aprelin 1-dək uzadılmasını nəzərdə tutur. Bundan əlavə, İştirakçı tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin ilkin müddətindən artıq uzadılması üçün müddəa var.

Günel Məlikzadə
Fins.az