BİZNES

09 Fevral

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb - DVX

Bu ilin yanvar ayında Azərbaycanda muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 397,6 milyon manatdan çox olub.

Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18,1 % artaraq 285,2 milyon manat təşkil edib.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 24 % artaraq 13,6 milyon manata, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,2 % artaraq 11,4 milyon manata çatıb.

İl ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 19,6 % artaraq 72 milyon manat, o cümlədən qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 18 % artaraq 56,4 milyon manat olub.

Fuad Mədətov
Fins.az