Bu ilin yanvar ayında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları üzrə dövriyyə təxminən 1,7 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 % çoxdur.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bu il yanvarın 1-nə qədər ölkədə 95 907 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Fuad Mədətov
Fins.az