Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 519 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
Fins.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumata görə, bunların 95 %-i fiziki, 5 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 21 % artıb.
Ötən ay kommersiya qurumlarının 44 %-i elektron qaydada, 56 %-i isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Fuad Mədətov
Fins.az