Assosiasiya Sazişində Ukrayna ilə Avropa İttifaqı arasında azad ticarət rejimi yaradıla bilər.
Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, bu fikri fevralın 7-də Ukraynanın baş naziri Denis Şmıxal Avropa Komissiyasının vitse-prezidenti Xosep Borrellə Kiyevdə keçirdiyi brifinqdə bildirib.
"Avropa Komissiyasının Ukrayna məhsullarına gömrük rüsumlarının tam ləğvini 2025-ci ilin iyun ayına qədər uzatmaq qərarını alqışlayırıq. Assosiasiya sazişi ilə birlikdə bu qərar Ukraynanı "iqtisadi vizasız rejim"lə təmin edəcək. Biz bu təşəbbüsün bütün Aİ institutları tərəfindən sürətlə təsdiqini gözləyirik, həm də Assosiasiya Sazişinin özündə tam azad ticarət rejiminin yaradılmasını mümkün hesab edirik.Bu, Avropa İttifaqı ilə ticarət əlaqələrində cari ildəki işimizin əsas istiqamətlərindən biridir ", - D. Şmyhal bildirib.
O, həmçinin Ukrayna-Aİ Assosiasiya Şurasının iclası zamanı müvafiq danışıqların artıq elan olunacağına ümid etdiyini bildirib.
Günel Məlikzadə
Fins.az