Türkiyə Sənayeçi və İş Adamları Dərnəyinin (TÜSİAD) növbəti Baş Assambleyası keçirilib.
Fins.az xəbər verir ki, açılış nitqində TÜSİAD Yüksək Məşvərət Şurasının sədri Tuncay Özilhan bildirib ki, “yüksək inflyasiya, qeyri-sabitlik, aşağı əlavə dəyərli istehsal, orta gəlir tələsi, yaşıl iqtisadiyyata uyğunlaşma ehtiyacı və orta gəlir tələsi mühüm mövzular olaraq qalır”.
Bu problemlərin olduğu kimi davam etdiyini ifadə edən Özilhan, problemləri qəti və qalıcı şəkildə həll etmək əvəzinə, yalnız palliativ həll yollarının vaxt itkisinə səbəb olduğunu və struktur problemlərin təxirə salındığını bildirib.
İstehsalı artırmadan makroiqtisadi problemlərdə daimi yaxşılaşmanın mümkün olmadığını vurğulayan Özilhan, sərvətin ədalətli bölüşdürülməsinə diqqət çəkdi.
Yüksək inflyasiyanın və rifah gətirməyən böyümənin maliyyə çətinliklərinə səbəb olduğunu vurğulayan Özilhan, illərdir eyni problemləri yaşayan ölkənin 2024-cü ildə hələ də gəlir bərabərsizliyi ilə mübarizə apardığını bildirib.
Günel Məlikzadə
Fins.az