BİZNES

07 Fevral

Yaponiyanın 3 ən böyük maliyyə şirkəti xalis mənfəətlərini ən yüksək səviyyəyə qaldırıb

Bildirilib ki, Yaponiyanın üç ən böyük maliyyə şirkətinin 2023-cü ilin aprel-dekabr ayları üçün xalis mənfəəti indiyədək ən yüksək mövsümi mənfəətə çatıb.

Fins.az NHK dövlət televiziyasının məlumatına istinadən xəbər verir ki, Mitsubishi UFJ, Sumitomo Mitsui FG və Mizuho Financial şirkətləri 2023-cü ilin aprel-dekabr ayları üzrə xalis mənfəətlərini açıqlayıblar.

Müvafiq olaraq, Mitsubishi UFJ 9 aylıq dövrdə xalis mənfəətini əvvəlki ilin eyni dövrü ilə müqayisədə 280 faiz artaraq 1,29 trilyon yenaya (8,7 milyard dollar) yüksəldib.

Sumitomo Mitsui FG, 3,5 faiz artaraq 793 milyard yen (5,3 milyard dollar); Mizuho Financial 18 faiz artaraq 642 milyard yenaya (4,3 milyard dollar) çatıb.

Məlumat verilib ki, ölkənin üç ən böyük maliyyə şirkətinin hər biri maliyyə ilinin aprel-dekabr ayları ərzində ən yüksək xalis mənfəətinə çatıb.

Yapon şirkətləri 9 aylıq müddət ərzində artan kredit tələblərinin onların dövri xalis mənfəətlərinə müsbət təsir göstərdiyini və bunun rekord səviyyələrə çatdığını bildirdi.

Günel Məlikzadə
Fins.az