Rəsmi Qəzetdə dərc olunan bildirişə əsasən, Rusiya Federasiyasından gələn “digərləri” malları və Almaniya Federativ Respublikası və İsveç Krallığından “natrium perkarbonatlar” kimi müəyyən edilən rəngsiz düz şüşə məhsulların idxalına antidempinq rüsumları tətbiq ediləcək.
Fins.az xəbər verir ki, Türkiyə Rəsmi Qəzetində dərc edilən idxalda haqsız rəqabətin qarşısının alınması ilə bağlı Ticarət Nazirliyinin bildirişinə görə, 2022-ci ildə Rusiya Federasiyasından gələn söz mövzusu məhsullar üçün başladılan yoxlama araşdırması tamamlanıb.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, Rusiya Federasiyasından olan bu məhsullara qarşı tədbir ləğv edilərsə, dempinq və zərərin davam etməsi və ya yenidən baş vermə ehtimalı var.
Müvafiq olaraq, İdxalda Haqsız Rəqabətin Qiymətləndirilməsi Şurası Guardian Steklo Rostov MMC, Guardian Steklo Ryazan MMC və ASC Saratovstroysteklo şirkətləri üçün CIF dəyərinin 8 faizi, digərləri üçün isə 10 faiz dərəcəsi ilə antidempinq rüsumunun tətbiqini davam etdirmək qərarına gəlib.
Günel Məlikzadə
Fins.az