BİZNES

07 Fevral

Yellen kommersiya daşınmaz əmlak sənayesindən narahatdır

ABŞ-ın maliyyə naziri Canet Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində Maliyyə Sabitliyinə Nəzarət Şurasının illik hesabatı ilə bağlı keçirilən dinləmələrdə iştirak edib.

Fins.az xəbər verir ki, kommersiya daşınmaz əmlakı ilə bağlı narahatlıqlarının olduğunu bildirən Yellen, bank tənzimləyicilərinin bu mövzuya diqqət yetirdiyini bildirib.

Yellen, tənzimləyicilərin zərərləri ödəmək üçün kredit itkisi ehtiyatlarının yaradılmasını, dividend siyasətlərinin uyğun olmasını və likvidliyin kifayət qədər olmasını təmin etmək üçün çalışdıqlarını bildirib. 

ABŞ Maliyyə Naziri Yellen, "Narahatam. Bu problemə görə çox stress keçirən bəzi qurumlar olsa da, bunun idarə edilə biləcəyinə inanıram" dedi.

Günel Məlikzadə
Fins.az