BİZNES

06 Fevral

Avrozonada Biznes Aktivliyi İndeksi yanvarda 47.9 bənd təşkil edib

“SP Global”-ın verdiyi məlumatlara əsasən, Avrozonanın Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi (PMI) yanvar ayında öncəki ay ilə müqayisədə 47.6 bənddən 47.9 bəndədək yüksəlib.

Fins.az xəbər verir ki, dərc olunan göstərici analitiklərin proqnozları ilə üst üstə düşüb.

Eyni zamanda, Avrozonanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi analitiklər tərəfindən proqnozlaşdırıldığı kimi, 48.8 bənddən 48.4 bəndədək enib. 

Həmçinin, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın Sənaye və Xidmət Sektorlarında Kompozit Biznes Aktivliyi İndeksi göstəricisi (PMI) dekabr ayında 47.4 bənddən 47 bəndədək azalıb. Analitiklər 47.1 bəndədək azalmanın olacağını proqnoz edirdilər. Almaniyada Xidmət Sektorunda PMI 49.3 bənddən 47.7 bəndədək azalıb. Analitiklər göstəricinin 47.6 bənd səviyyəsində dərc olunacağını proqnozlaşdırmışdılar.

Qeyd etmək lazımdır ki, 50 bənddən yuxarı indeks dəyəri iqtisadi aktivliyin artmasını, aşağıda - azalmanı göstərir.