2024-cü ilin yanvar ayında Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 16,5 milyon manat vergi daxil olub.
Fins.az xəbər verir ki, bu barədə Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli “X” sosial media hesabında qeyd edib.
F.Nəcəfli bildirib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 65,6 faiz və ya 6,5 milyon manat çoxdur.
Fuad Mədətov
Fins.az