Azərbaycanda fəaliyyət göstərən, milli brend sayılan “BMG lnternational” 2013-cü ildə Azərbaycanda yaradılmış yüksək keyfiyyətli maliyyə mühasibatı və təhsil xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşmış aparıcı şirkətdir.
Fins.az xəbər verir ki, şirkət tanınmış iqtisadçı və maliyyəçi Orxan Məmmədzadənin dərin biliyi və zəngin təcrübəsi əsasında təsis olunub və onun innovativ yanaşması qısa zamanda təşkilata bazarda lider mövqe qazandırıb.
O.Məmmədov şirkət haqqında bildirib ki, müştərilərin bizneslərini gücləndirməyə yönəlmiş hərtərəfli maliyyə və mühasibat məsləhəti kimi xidmətlər təklif edirik:
“Bizim işimiz təhlil və strateji planlaşdırmaya, müştərilərə maliyyə vəziyyətlərini yaxşılaşdırmağa və əməliyyatlarını optimallaşdırmağa kömək edir. Biz hər bir biznesin mükəmməliyini dərindən dərk etməklə biznesin nümayişi və böyüməsini təmin edən fərdiləşdirilmiş sərvətlərin idarə edilməsi və investisiya həlləri hazırlayırıq.
Təhsil sahəsində mənim tərəfimdən inkişaf etdirilən və daim təkmilləşdirilən "Hazır Mühasib" innovativ platformamızla fəxr edirik. Bu platforma bizim maliyyə biliklərinin artırılmasına və peşəkarların inkişafına sadiqliyimizi nümayiş etdirir. Bizim təhsil proqramlarımız praktiki təcrübəyə əsaslanır, həmçinin dəyişən maliyyə dünyasında uğur qazanmaq üçün dərin bilikləri və lazımi bacarıqları təmin edir.
“BMG International” olaraq biz özümüzü sadəcə məsləhətçi kimi yox, müştərilərimiz üçün strateji tərəfdaş kimi görürük. Biz müştərilərin biznes proseslərinə tam qoşularaq şirkətin hərtərəfli idarə edilməsini və inkişafını təklif edir, həmçinin müxtəlif bazar şəraitində onların çiçəklənməsinə töhfə verən effektiv biznes strukturu qururuq. Biz müştərilərimizin bizneslərini ətraflı başa düşərək onları inkişaf etdirir və maliyyə nəticələrini yaxşılaşdırmaq üçün unikal imkanlar təklif edirik. Həmçinin şirkətlərin varlıq dövrünün bütün mərhələlərində yeni başlayanlardan tutmuş iri korporasiyalara qədər onların inkişafını fəal şəkildə dəstəkləyir, şirkətin böyüməsi və çiçəklənməsi üçün etibarlı zəmin yaradırıq.
“BMG İnternational”ın missiyası təkcə mükəmməl maliyyə uçotu və təhsil xidmətləri göstərmək deyil, həm də ixtisaslı mütəxəssislər hazırlamaq və əhalimizin maliyyə savadlılığını artırmaqdır. Biz ən iddialı biznes ideyalarını həyata keçirən yeni kompleks həllər təklif etməklə Azərbaycanda biznes mühitinin inkişafına töhfə verməyə çalışırıq”.
Fuad Mədətov
Fins.az