BİZNES

05 Fevral

2023-ci ildə “AzerGold” QSC və “Daşkəsən Dəmir Filiz” MMC-də təhlükəsiz istehsalat fəaliyyəti təmin edilib

2023-cü ildə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və onun törəmə şirkəti - “Daşkəsən Dəmir Filiz” MMC-də təhlükəsiz istehsal fəaliyyəti uğurla təmin edilib.

Fins.az xəbər verir ki, ötən il QSC və onun törəmə şirkətində ümumilikdə 1.2 milyon təhlükəsiz iş saatı qeydə alınıb. Bütün fəaliyyət illəri ərzində isə təhlükəsiz iş saatların sayı 5.6 milyona çatıb.

Qeyd edək ki, istehsalat sahələrində dayanıqlı təhlükəsiz iş şəraitinin təmin edilməsi məqsədilə hər il təsdiq edilən fəaliyyət planlarına uyğun olaraq müvafiq tədbirlərin icrası davam etdirilir.

Günel Məlikzadə
Fins.az