BİZNES

05 Fevral

Yerli şirkətlərin xidmət və məhsullarının dünyanın 70-dən çox ölkəsində satışı uğurla həyata keçirilib - “ELSEO” MMC

Azərbaycanda fəaliyyət göstərən, milli brend sayılan “ELSEO" MMC şirkəti 2009-cu ildən müxtəlif adlarla informasiya texnologiyaları və proqramlaşdırma sahəsində fəaliyyət göstərir.

Fins.az xəbər verir ki, 2018-ci ildən rəqəmsal marketinqin əsas istiqamətlərindən biri olan SEO (Axtarış Sistemlərində Optimizasiya) üzrə ixtisaslaşaraq digər şirkətlərdən ayrılıb və ancaq axtarış sistemləri üzrə xidmətləri göstərən yeganə şirkətdir. Şirkət həmçinin axtarış sistemləri ilə əlaqədar olan SEM (Axtarış Sistemlərində Marketinq) və ORM (Onlayn Reputasiya Menecmenti) xidmətləri də təklif edir.

Şirkətin komanda üzvləri SEO ( Search Engine Optimization ) sahəsində 10 ilə yaxın təcrübəyə malik mütəxəssislərdən ibarətdir. Şirkətin əməkdaşları öz sahələrində uğurlu nəticələr əldə etməyə və inkişafa böyük diqqət yetirir. Hazırda şirkətdə informasiya texnologiyaları sahəsində nəinki ali ixtisas təhsilli, həm də böyük praktiki iş təcrübəsi olan mütəxəssislər işləyir. Əməkdaşlar sahə üzrə yenilikləri daim izləyir, periodik olaraq fiziki və onlayn kurslara qatılaraq biliklərini artırırlar.

Hər bir şirkətin əsas göstəricisi onun əməkdaşlarıdır. Şirkət isə öz kollektivi ilə xüsusilə fəxr edirək, yüksək səviyyəli mütəxəssisləri yalnız yerli bazar ilə kifayətlənməyib, xarici metodikalar, qlobal layihələr və alətlərlə də işləməyi bacarırlar. Bu isə onların hər bir işdə uğurlu nəticələr əldə etməsinə yardımçı olmaqdadır.

Şirkətin uğurlarında önəmli faktorlardan biri də dünyada ən məhşur ödənişli əsaslarla fəaliyyət göstərən SEO alətlərindən (Ahrefs, Semrush, Moz Pro, Keyword Tool, Buzzsumo, Alexa, Majestic, SERPSTAT, SpyFu və s.) istifadə etməsidir. Bu alətlər resursun ətraflı analiz edilməsi ilə yanaşı, düzgün SEO audit, açar sözlərin çıxarılması, kompleks rəqib analizi, detallı hesabatların əldə olunması və s. kimi üstünlüklərlə təmin edir. 
Həmçinin proqramlaşdırma sahəsində təcrübəyə malik əməkdaşlar, “məzmun üzrə SEO” ilə yanaşı, “Texniki SEO” üzrə tapşırıqların yazılmasını təmin edir ki, bu şirkətin digər rəqiblərindən daha öndə olmağında əsaslı rol oynayır.

Şirkət qısa bir neçə qlobal layihələrin və yerli məşhur brendlərin trafikini artırmaqla bir sıra uğurlu işlərə imza atıb.

“ELSEO” şirkəti yerli bazarda fəaliyyət ilə yanaşı, yerli brendlərin dünya miqyasında təmsil olunmasında aktiv şəkildə fəaliyyət göstərir. Yerli şirkətlərin xidmət və məhsullarının dünyanın 70-dən çox ölkəsində satışı uğurla həyata keçirilib və bu rəqəmin artırılması yönündə dayanmadan fəaliyyət göstərilir. Yerli şirkətlərlə yanaşı bir sıra xarici şirkətlərlə (USA, UAE) də əməkdaşlığı mövcuddur. Əsas məqsədi müştərilərə faydalı olmaq və daha effektiv nəticələr qazandırmaqdır. Bunun üçün daimi olaraq görülən işlərin (SEO) nəticələrini izləyir, optimallaşdırır və aylıq hesabatlar təqdim edir. 
Bu gün "ELSEO" MMC yüksək səviyyəli və hərtərəfli mütəxəssislərin kollektividir, müasir texnologiyalar və iri layihələrin tətbiqində böyük təcrübəyə, yüksək xidmət səviyyəsinə malikdir.

Şirkət missiyasını aşağıdakı şəkildə ifadə edir:

- Müştərilərimizin axtarış sistemlərində lazımi şəkildə təmsil olunması;

- Görülən işlərin səmərəliliyinin artırılmasına kömək etmək və bunun nəticəsində sifarişçilərimizə sevinc;

- Məmnunluq gətirən etimada əsaslanan səmimi və faydalı əməkdaşlığın mümkünlüyünü göstərmək.

Fuad Mədətov
Fins.az