Azərbaycanda fəaliyyət göstərən, milli brend sayılan və əsası 2014-cü ildə qoyulan “Unolab” MMC tibb müəssisələrinin laboratoriya bölümü üzrə ixtisaslaşıb və şirkət öz müştərilərinə biokimya, immunoferment, bakteriologiya, PZR və digər sahələrdə reagent və avadanlıqların satışını və servisini təklif edir.
Fins.az xəbər verir ki, şirkətin əsas və əlavə anbarlar malların qəbulu, düzgün qaydada saxlanılması və istifadəsi üçün lazımı anbar avadanlıqları və bəzi xüsusi şəraitdə saxlanılması tələb olunan mallar üçün isə soyuducu sistemlər ilə təchiz edilib.
Şirkət hər zaman öz fəaliyyətində yüksək keyfiyyəti əsas götürür. Ona görə də şirkət, əsasən bu sahədə tanınmış xarici təchizatçılar ilə əməkdaşlıq edir.
Şirkətin bütün idarəetmə prosesləri (satış, satınalma, loqistika, istehsalat, anbar fəaliyyəti, insan resursları, maliyyə prosesləri və s.) mərkəzləşdirilmiş ERP sistem vasitəsilə idarə olunur. Bu da öz növbəsində proseslərin daim nəzarətdə saxlanılmasına, effektivliyin və səmərəliliyin artırılmasına imkan yaradır.
Şirkətin işçi heyəti isə öz sahəsində peşəkar kadrlardan təşkil olunub.
MƏSLƏHƏT
Müştərilərin tələbinə uyğun formada müxtəlif laboratoriya məhsulları haqda məsləhət xidmətləri göstərilir.
TƏMİR
Şirkətin peşəkar mütəxəssisləri tərəfindən cihazların texniki xidməti, istər zəmanət daxili, istər zəmanətdən kənar təmir xidmətləri həyata keçirilir.
QURAŞDIRMA
Müştərilərə təmin etdiyi tibbi cihazların, reagentlərin quraşdırılması və tanıdılması əməkdaşları tərəfindən həyata keçirilir.
TƏLİM
Yeni məhsulların müştərilərə tanıdılması ilə bağlı təlimlər keçrilir. Bu sahədə müştərilərin laboratoriya sahəsindəki yeniliklərdən xəbərdar olması təmin olunur.
Fuad Mədətov
Fins.az