BİZNES

31 Yanvar

Bakıda Türkiyənin “Arkas Lojistik” və “Arkas Rail A.Ş” şirkətlərinin ortaq icra etdiyi Ninqbo-Bakı blok qatarının qarşılama mərasimi keçirilib

Yanvarın 30-u Abşeron Logistika Mərkəzində Ninqbo-Bakı blok qatarının qarşılama mərasimi keçirilib.

Türkiyənin “Arkas Lojistik” şirkətinin MDB ölkələri üzrə qrup müdiri Mansur Axundov Fins.az-a açıqlamasında bildirib ki, bu tarixi hadisə son dövrlərdə Azərbaycanın Strateji Yol Çərçivəsində Azərbaycanın regional əhəmiyyətli logistika və ticarət qovşağı kimi aparıcı mövqeyinin gücləndirilməsi, Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanı Kompleksi, Abşeron Logistika Mərkəzi, Bakı-Tbilisi-Qars dəmir yolu və Astara-Astara dəmir yolu layihələrinin tamamlanması, Azərbaycanın regional əhəmiyyətli ticarət qovşağına çevrilməsinde önəmli rol oynamışdır:

“Bunun nəticəsidir ki, beynəlxalq logistika şirkətlərinin “Orta Dehliz” ilə yüklərin nəqlinə marağı artmaqdadır. Bu gün Türkiyənin köklü-ən böyük logistik şirkətlərindən olan “Arkas Lojistik” və “Arkas Rail A.Ş” şirkətlərinin ortaq icra etdiyi Çinin “Ningbo” stansiyasından çıxan blok qatar 14 gün ərzində “Absheron” stansiyasına çatmışdır”.

“Arkas Rail A.Ş” şirkətinin Baş direktoru Hamit Gökmen isə “Arkas Holding”in qısa tarixindən və qarşıda duran palnlarıyla bağlı fikirlərini bölüşüb:

““Arkas Holding” 100 ildən çox tarixi olan bir şikətdir. Türkiyədə ilk konteyner gəmisi şirkətimiz tərəfindən dənizə buraxılıb. Şikət Türkiyənin 2-ci ən böyük limanına (“Marport”) və ən böyük özəl dəmiyolu şirkətinə sahibdir. Şirkətin dünyada 30-a yaxın ölkədə ofisi vardır.

Bu gün Qırmızı dənizdə baş verən hadisələr səbəbiylə, gəmilərin tranzit müddəti uzandığı üçün alternativ olaraq birbaşa dəmiryolu alternativini təqdim edirik. Bu baxımdan müştərilər yükü 70 gün yerinə 14 günə təhvil alır. Həmçinin Azərbaycanı “Hub” edərək, yükləri aşıraraq Türkiyə və Avropaya nəqlini də planlaşdırırıq”.

Tədbirin sonunda “Arkas Lojistik” və “Arkas Rail A.Ş” şirkətlərinin təmsilçiləriylə Abşeron Logistika Mərkəzinin İdarə Heyətinin sədri Ziya Ağayevlə görüş təşkil olunub.

Fuad Mədətov
Fins.az