BİZNES

30 Yanvar

“AzerGold” bugünədək mədən layihələrinin icrasına ümumilikdə 550 milyon manat investisiya yatırıb

“AzerGold” QSC fəaliyyətə başladığı dövrdən bugünədək (2016-2023-cü illərdə) mədən layihələrinin icrasına ümumilikdə 550 milyon manat investisiya yatırıb.

Fins.az xəbər verir ki, bunu bu gün keçirilən “AzerGold” QSC və törəmə şirkətlər-“Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov deyib.

Onun sözlərinə görə, bu məbləğin cəmi 8%-i (45 milyon manat) dövlət büdcəsindən ayırmalar hesabına təmin edilib:

“Bu, əsasən QSC fəaliyyətə başladığı ilk illərdə dövlət büdcəsindən ayrılmış vəsaitdir. İndiki məqamda dövlət büdcəsi hesabına maliyyələşmə əsasən yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrinin icrası məqsədilə həyata keçirilir”.

Fuad Mədətov
Fins.az