Qazaxıstan Nəqliyyat Nazirliyi Qazaxıstan Respublikasının nəqliyyat potensialının inkişafı üçün 500 milyon avro investisiya cəlb etməyə razılıq verib. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vəsaitin Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin Avropa İnvestisiya Bankı ilə imzaladığı memorandum çərçivəsində cəlb edilməsi planlaşdırılır.
Fins.az xəbər verir ki, Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev Brüsseldə EİB-nin vitse-prezidenti Teresa Çervinskaya ilə Avropa və Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinin inkişafının əsas aspektlərini müzakirə edib.
Əvvəllər Qazaxıstan AİB ilə bir sıra memorandumlar bağlayıb ki, bu da ölkəyə əlavə investisiyaların qoyulmasını təmin etməlidir.
Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri Aİ ilə Transxəzər nəqliyyat marşrutunun əks yüklənməsini (Qərbdən Şərqə) nəzərdə tutan sazişlərin imzalanmasını təklif edib.
Günel Məlikzadə
Fins.az