"Sea Breeze Palazzo Del Mare” tikinti şirkətinə məxsus yaşayış kompleksi italyan üslubunda inşa edilmiş möhtəşəm bir saraydır.
Fins.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən yaşayış kompleksinin satış şərtləri daxili kredit və ipoteka ilə mümkündür.
Mənzil planlarına görə 1 otaqlı 49,4 m²-lik (Qara suvaq) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 890 manat, 1 otaqlı 55,3 m²-lik (Təmirli) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 5 100 manat, 2 otaqlı 105,4 m²-lik (Qara suvaq) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 3 230 manat, 2 otaqlı 110,9 m²-lik (Təmirli) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 5 100 manat və 3 otaqlı 160,0 m²-lik (Qara suvaq) mənzillərin hər kvadratmetrinin (m²) qiyməti 2 720 manatdır.
Birinci mərtəbənin bir hissəsi restoran, qalan hissəsi isə 53 m² olan rahat mənzillər üçün ayrılmışdır.
“Palazzo Del Mare”nin perimetri sərin kölgə verən hündür xurma ağacları ilə örtülmüşdür. Binanın yanında isə isti yay günlərində sakinlərin sərinləşə biləcəkləri hovuz var.
Fuad Mədətov
Fins.az